Azərbaycanda «E-Audit» layihəsinin icrası başa çatıb - FOTO

Azərbaycanda «E-Audit» layihəsinin icrası başa çatıb - <span style="color: red;">FOTO
# 29 may 2013 12:14 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» (E-Audit) tvinninq layihəsinin başa çatdırılmasına həsr olunmuş təqdimat mərasimi keçirilib.

«APA-Economics»in məlumatına görə, Azərbaycanın dövlət qurumları, Avropa Birliyi, BMT, Dünya Bankı və digər təşkilatların nümayəndələrinin iştirak etdiyi tədbirdə vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyinin vergi qanunvericiliyi və inzibatçılığının müasir tələblər səviyyəsində qurulması üçün son illər ərzində bir sıra iri layihələr həyata keçirdiyini bildirib. Bura AVİS, elektron bəyannamələr, ƏDV depozit hesabları, elektron hesab fakturalar, elektron qeydiyyat və mobil imza layihələri aiddir.

«E-audit» tvinninq layihəsi barədə məlumat verən nazir qeyd edib ki, elektron audit layihəsinin həyata keçirilməsi ilə bağlı hazırlıq işlərinə 3 il əvvəl başlanıb, 2010-cu ilin may ayında tender keçirilib və Avropa Birliyi tərəfindən müvafiq maliyyə resursları ayrılıb: «E-audit layihəsinin tərəfdaşı kimi Niderland Vergi və Gömrük Administrasiyası seçilib və 2011-ci ilin mart ayında layihənin icrasına başlanılıb».


Tədbirdə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, Niderlandın Azərbaycandakı səfiri Aryen Uiterlinde çıxış ediblər. Tvinninq layihəsinin Vergilər Nazirliyi tərəfindən rəhbəri, vergilər nazirinin müşaviri Asəf Əsədov layihənin Niderland Vergi və Gömrük Administrasiyası tərəfindən rəhbəri Yaap Snaterse və layihə üzrə rezident-məsləhətçi Leendert Kers elektron audit layihəsinin ilkin yekunları ilə bağlı təqdimatlarla çıxış ediblər. Tədbirin sonunda «E-audit» üzrə təlim proqramının iştirakçılarına Niderland Vergi və Gömrük Administrasiyasının Sertifikatları təqdim olunub.


Qeyd edək ki, Avropa Birliyinin texniki yardım alətlərindən biri olan Tvinninq Proqramı Birliyin üzv ölkələri və ya qonşuluq siyasəti həyata keçirdiyi dövlətlərlə əməkdaşlığı prosesində milli qanunvericiliklərin Abstandartlarına adaptasiyası üçün müasir dövlət idarəetməsi elementlərinin tətbiqini nəzərdə tutan ümumi inzibati əməkdaşlıq alətidir.


2010-cu ilin may ayında Avropa Komissiyasının Azərbaycandakı nümayəndəliyində Danimarka, Finlandiya, Estoniya, Fransa, Almaniya, Niderland və Litvanın vergi administrasiyalarının nümayəndələrinin iştirakı ilə keçirilmiş tenderdə Niderland Vergi və Gömrük Administrasiyası qalib gəlib. Niderland e-auditin tətbiqi sahəsində Avropada ən qabaqcıl təcrübəyə malik olan ölkələrdən biridir.


2011-ci il martın 1-dən həyata keçirilməsinə başlanmış tvinninq layihəsi Avropa Komissiyası tərəfindən maliyyələşdirilib. Avropa Qonşuluq Siyasəti çərçivəsində qəbul edilmiş Azərbaycanın Fəaliyyət Planından irəli gələn öhdəliklərə əsasən, Vergilər Nazirliyinin benefisiarı olduğu «Kompyuter əsaslı audit sistemi sahəsində Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstəyin göstərilməsi» adlı tvinninq layihəsinin reallaşdırılması ölkəmizdə vergi audit sahəsində inzibatçılığın ən yüksək beynəlxalq standartlara uyğunlaşdırılmasını nəzərdə tutur. Avropa Komissiyası ekspertlərinin rəylərinə əsasən, «E-audit»in reallaşdırılması nəticəsində Azərbaycan MDB məkanında ən müasir audit sisteminin tətbiqinə nail olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR