Azərbaycanla Dünya Bankı arasında vergilər sahəsində məsləhətləşmə olub - FOTO

Azərbaycanla Dünya Bankı arasında vergilər sahəsində məsləhətləşmə olub - <span style="color: red;">FOTO
# 19 iyun 2014 15:04 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. Vergilər Nazirliyində Dünya Bankının (DB) Azərbaycan üzrə baş iqtisadçısı Mona Prasadın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazirin birinci müavini Natiq Əmirov son illərdə ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında qonaqlara geniş məlumat verib.

N.Əmirov vergi sistemində və vergi inzibatçılığında aparılan islahatların davam etdiriləcəyini, vergidən yayınma hallarının qarşısının alınması üçün daha səmərəli nəzarət mexanizmlərin tətbiq olunacağını, vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin keyfiyyətinin daha da artırılacağını spektrinin genişləndiriləcəyini diqqətə çatdırıb və hazırda qarşıda duran prioritet vəzifələrdən biri də nağdsız ödənişlər üçün müvafiq infrastrukturun yaradılması, bu sahədə stimullaşdırıcı tədbirlərin keçirilməsi və əhalinin fəallığının artırılması olduğunu bildirib.

O qeyd edib ki, 2014-cü ildən nazirlik bələdiyyələrin vergi informasiya sisteminin avtomatlaşdırılması məqsədilə proqram təminatı hazırlanmış 8 bələdiyyədə yerli (bələdiyyə vergi və ödənişlərinin) ödəyicilərin elektron uçotunun tətbiqi üzrə pilot layihənin reallaşdırılmasına start verilib.

Bu sistemin tətbiqi bələdiyyə gəlirlərinin ödənişi ilə bağlı olan bütün əməliyyatların avtomatlaşdırılmasına imkan verir və bələdiyyə vergi ödəyiciləri olan fiziki şəxslər üçün vergiləri bələdiyyələrə gəlmədən asanlıqla ödəmək üçün geniş imkanlar açır.

M.Prasad Azərbaycanın vergi sistemində aparılan islahatların, xüsusilə də yeni informasiya kommunikasiya texnologiyalarının tətbiqi və elektron xidmətlər sahəsində layihələrin həyata keçirilməsi ilə bağlı ölkəmizdə görülən işlərin region ölkələri ilə müqayisədə daha sürətlə inkişaf etdiyini, mütərəqqi informasiya texnologiyalarına əsaslanan layihələrin genişləndirilməsini müsbət hal kimi qiymətləndirərək, DB və Azərbaycan hökuməti arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsinin zəruriliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR