Gəncə sakini narkotiklə saxlanılıb

Gəncə sakini narkotiklə saxlanılıb
# 06 sentyabr 2013 09:54 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər sakinin üzərində narkotik aşkarlanıb. Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, 1961-ci il təvəllüdlü Siyavuş Novruzov şübhəli şəxs kimi şəhərin “Nəhəng Daş” adlanan ticarət mərkəzində saxlanılıb. Baxış keçirilən zaman saxlanılan şəxsin üzərindən 1,123 qram heroin aşkarlanaraq götürülüb. Məlumata görə, saxlanılan 52 yaşlı S. Novruzov bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR