ATƏT-in seçki missiyasının rəhbərliyi ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb

ATƏT-in seçki missiyasının rəhbərliyi ADP sədri Sərdar Cəlaloğlu ilə görüşüb
# 10 sentyabr 2013 09:06 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. ATƏT-in seçki missiyasının rəhbərliyi Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə görüşüb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ATƏT-in seçkiləri müşahidə missiyasının rəhbərləri ilə ADP qərargahında keçirilən görüşdə seçki qabağı şərait haqqında ətraflı fikir mübadiləsi aparılıb.

Görüş zamanı S.Cəlaloğlu seçki prosesi haqqında danışaraq, imza toplama kampaniyasının gedişi barəsində missiyanı məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR