Ajda Pekkan səhnədə huşunu itirib

Ajda Pekkan səhnədə huşunu itirib
# 25 may 2013 08:02 (UTC +04:00)

Bakı. Turan Şakir – APA. Türkiyənin tanınmış müğənnisi Ajda Pekkan Maltəpə Universitetində konsert zamanı sənətçi huşunu itirib.

APA-nın məlumatına görə, dərhal xəstəxanaya aparılan müğənninin müayinəsi üçün özəl həkimlər çağırılıb. İlkin müayinəsi zamanı sənətçinin huşunu itirməsinə səbəb kimi qulağında olan problem göstərilib.

Qeyd edək ki, keçən il müğənni ürəyindən əməliyyat olub, stend qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR