Balakəndə sağlamlıq festivalı keçirilib

Balakəndə sağlamlıq festivalı keçirilib
# 24 iyul 2013 15:31 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə Gənclərin sağlamlıq festivalı keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, festival Azərbaycan Gənclər və İdman nazirliyi və Mili Olimpiya Komitəsinin birgə təşəbbüsü ilə baş tutub.

Bu münasibətlə təşkil olunan mərasimdə qeyd olunub ki, Azərbaycan gəncliyinin inkişafına dair Dövlət Proqramından irəli gələn məsələlərdən biri də gənclərin mənəvi və fiziki baxımdan sağlam olması, zərərli vərdişlərdən uzaq durmasıdır. Bu baxımdan ölkənin yeddi bölgəsində belə festival keçirilib. Tədbirdə o da qeyd olunub ki, son illər Balakən idmançılarının sorağı dünya və beynəlxalq yarışlardan gəlir. İndi Balakənin Olimpiya və Paralimpiya çempionları var və yetişən gənc nəsil idmanın müxtəlif növləri üzrə ciddi məşğul olur. Elə bu yaxınlarda Rusiyanın Kazan şəhərində təşkil olunan dünya universiadasında balakənli güləşçi Rəsul Çunayev rəqiblərinin hamısına qalib gələrək qızıl medala layiq görülüb. Daha sonra festivala start verilib. Dörd ailənin qatıldığı yarışda gənc ailələr müxtəlif idman növləri üzrə qüvvəsini sınayıb. Fasilələrdə isə Balakən idmançılarının nümunəvi çıxışları təqdim olunub. Festivalın sonunda iştirakçılara Azərbaycan Gənclər və İdman nazirliyi və Mili Olimpiya Komitəsinin eləcə də Balakən Gənclər və İdman idarəsinin xatirə diplomları və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR