“Akkord” Xocalı soyqırımının təbliğatı ilə bağlı silsilə təbirləri davam etdirir - FOTOSESSİYA

“Akkord” Xocalı soyqırımının təbliğatı ilə bağlı silsilə təbirləri davam etdirir - <span style="color: red;">FOTOSESSİYA
# 28 fevral 2014 15:24 (UTC +04:00)

Bakı - APA. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 26 Fevral - Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı təşkil etdiyi silsilə tədbirləri davam etdirir.

ASC-nin İctimaiyyətlə Əlaqələr Xidmətindən APA-ya verilən məlumata görə, korporasiya rəhbərliyi başda olmaqla yüzlərlə kollektiv üzvünün paytaxtın Xətai rayonunda yerləşən “Ana fəryadı” abidəsini ziyarətindən sonra fevralın 27-də “Akkord”un nümayəndə heyəti Xocalı sakinlərinin məskunlaşdığı Qızılqum yaşayış massivindəki məktəbdə olub.

Artıq neçə ildən bəri burada yaşayan Xocalı sakinlərinə və məktəblilərə himayədarlıq edən korporasiya nümayəndələri bu dəfə də görüşə əliboş gəlməyiblər. Ziyarət zamanı elə “Akkord”un 2012-ci ildə xocalılar üçün inşa etdiyi məktəbin şagirdlərinə bir kompüter dəsti və çap avadanlığı hədiyyə edilib. Bundan başqa, korporasiyanın həmin ildə elan etdiyi “Qarabağ mövzusu və Xocalı soyqırımının mediada təbliğinə dəstək” mövzusunda yazı müsabiqəsində qalib gələn müəlliflərin məqalələrindən ibarət yeni nəşr edilmiş xüsusi jurnal Xocalı məktəbinin müəllim və şagird kollektivinə təqdim edilib. Xalqımızın bu faciəvi tarixinin təbliğ olunmasında, onun dünya ictimaiyyətinə çatdırılmasında görülən işlərin vacibliyi, hər bir Xocalı məktəblisinin bu işdə ortaya qoymalı olduğu məsuliyyətlə bağlı söhbət aparılıb. Məktəb kollektivi öz növbəsində Korporasiya tərəfindən onlara göstərilən davamlı diqqət və qayğıya görə, minnətdarlığını bildirib.

Fevralın 27-də “Akkord” nümayəndələri Korporasiyanın hazırlayıb nəşr etdirdiyi Xocalı jurnalının təqdimatı ilə bağlı daha bir tədbir keçirib. Bu dəfə görüş Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllim və tələbə kollektivi ilə təşkil edilib. Fakültə rəhbərliyinin ilkin təqdimatından sonra söz alan “Akkord” Korporasiyasının İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Afaq Quliyeva Korporasiyanın Mətbuat Şurası ilə birgə elan etdiyi müsabiqədən, qalib yazıların seçilmə prinsiplərindən, görülən işlərin ümumilikdə Xocalı həqiqətlərinin, xalqımıza qarşı zaman-zaman törədilən erməni vəhşiliyinin iç üzünün açılmasındakı rolundan danışıb. Afaq Quliyeva müsabiqə zamanı ilk yerləri tutan yazıların üç dildə təqdim edildiyi yeni nəşrin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, jurnaldakı yazıların işlək dünya dillərində təqdimatı xalqımıza qarşı edilən haqsızlıqların daha geniş arenada təqdim edilməsinə imkan yaradır. O, bu qəbildən olan işlərin Korporasiya tərəfindən bundan sonra da davam etdiriləcəyini bildirərək, eyni zamanda, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin jurnalistika fakültəsi tələbələrinin bu lazımlı işdə bilavasitə iştirakının vacibliyini vurğulayıb. Bu baxımdan stimulun artırılması məqsədilə, o, “Akkord” Korporasiyasının ötən əsrin əvvəllərində baş vermiş daha bir soyqırım faktı - ermənilərin azərbaycanlılara qarşı törətdikləri mart qırğınlarının araşdırılmasına həsr edilmiş tələbə yazılarının müsabiqəsini elan edib. Onun bu açıqlaması gələcək jurnalistlər tərəfindən böyük maraqla qarşılanıb.

Görüşdə Azərbaycan Mətbuat Şurasının nümayəndəsi, həmçinin Xocalı faciəsi ilə bağlı müsabiqənin qalib-yazarları da çıxış ediblər.

Tədbirin sonunda Afaq Quliyeva “Akkord”un qarşıdan gələn 31 mart - Azərbaycanlıların Soyqırımı günündə jurnalist-tələbələrin Quba rayonunda yerləşən Soyqırım məzarlığına ziyarətini də təşkil edəcəyini açıqlayıb. Görüş iştirakçıları bu təşəbbüsü də böyük məmnunluqla qarşılayıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR