Pərviz Həşimli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib

Pərviz Həşimli barəsində olan məhkəmə qərarından apellyasiya şikayəti verilib
# 20 sentyabr 2013 11:51 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Bizim yol” qəzetinin əməkdaşı və “moderator.az” saytının rəhbəri Pərviz Həşimlinin barəsində məhkəmə qərarından apellyasiya şikayəti verilib.

Bu barədə APA-ya vəkil Elçin Sadıqov məlumat verib. Vəkil apellyasiya şikayətinə yaxın günlərdə baxılacağını bildirib.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsində P. Həşimli barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR