Prezident İlham Əliyev İordaniyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev İordaniyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 06 sentyabr 2013 13:52 (UTC +04:00)

APA-nın məlumatına görə, dövlət başçısı Azərbaycanla İordaniya arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olduğunu və uğurla inkişaf etdiyini vurğulayıb. Ölkələr arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən prezident gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Öz növbəsində, Azərbaycanı özünün ikinci vətəni hesab etdiyini bildirən Adel Mohammad Adaileh ölkəmizdə çalışdığı dövrdə sürətli inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib.

Görüşdə Azərbaycanla İordaniya arasında müxtəlif sahələrdə əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR