İlk dəfə olaraq Türkiyə parlamenti türbanlı qadın millət vəkillərinin iştirakı ilə iclas keçirib

İlk dəfə olaraq Türkiyə parlamenti türbanlı qadın millət vəkillərinin iştirakı ilə iclas keçirib
# 31 oktyabr 2013 13:37 (UTC +04:00)

APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkilləri Nurcan Dalbudaq, Sevde Kaçar, Gülay Samancı və Gönül Bekin Şahqulubəy parlament binasına baş örtüyü ilə daxil olublar. Onlar jurnalistlərə açıqlamalarında çox xoşbəxt olduqlarını söyləyiblər.

Müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının bəzi millət vəkilləri ötən günlərdə AKP üzvü qadınların bu niyyətinə çox sərt reaksiya versələr də, iclas zalında buna etiraz etməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR