Xaçmazda 62 yaşlı kişi itkin düşüb

Xaçmazda 62 yaşlı kişi itkin düşüb
# 19 noyabr 2013 10:03 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda 62 yaşlı kişi itkin düşüb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Xudat Şəhərində, Vaqif küçəsi 24, mənzil 4-də yaşayan 1951-ci il təvəllüdlü Ramazanov Sabir Qiyasəddin oğlu noyabrın 10-da evdən çıxıb və bir daha geri qayıtmayıb. Qohumlarının verdiyi məlumata görə, o yaddaş pozğunluğunda əziyyət çəkir.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları itkin düşən şəxsin axtarışlarını davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR