AzərTAc-ın Kollegiyasının yeni tərkibi təsdiqlənib

AzərTAc-ın Kollegiyasının yeni tərkibi təsdiqlənib
# 03 iyun 2014 13:42 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Kollegiyasının təsdiq edilməsi haqqında” 2002-ci il 23 yanvar tarixli 16 nömrəli qərarında dəyişiklik edib.

APA-nın verdiyi məlumata görə, dəyişikliyə əsasən AzərTAc-ın Kollegiyasının yeni tərkibi təsdiqlənib.

AzərTAc-ın Kollegiyasının sədri AzərTAc-ın baş direktoru Aslan Aslanov, Kollegiyanın üzvləri AzərTAc baş direktorunun müavini Dağıbəyi İsmayılov, AzərTAc baş direktorunun müavini Sevinc Abdullayeva, AzərTAc-ın rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva, AzərTAc-ın Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru Yaşar Quluzadə, AzərTAc-ın Fotoinformasiya baş redaksiyasının baş redaktoru Vüqar Əmrullayev, AzərTAc-ın Texniki İdarəsinin rəisi-baş mühəndis Cəvani Ağayevdir.

Kollegiyanın tərkibindən AzərTAc-ın Xarici dillərdə informasiya baş redaksiyasının baş redaktoru Nazim Xıdırov, gecə növbəsi üçün baş redaktor Teymurşah Xaspoladov çıxarılıb. Kollegiyaya yeni üzv təyin edilənlər AzərTAc-ın rus dilində informasiya baş redaksiyasının baş redaktoru Tamilla Nuriyeva, AzərTAc-ın Azərbaycan dilində informasiya baş redaksiyasının baş redaktoru Yaşar Quluzadədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR