Cəlilabadda ev yanıb

Cəlilabadda ev yanıb
# 10 yanvar 2014 02:45 (UTC +04:00)

Bakı-APA. Cəlilabadda yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın şəhərin Uzuntəpə kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evdə baş verib. Nəticədə evin 1 otağının və aynabəndin yanar konstruksiyaları 48 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR