«Akkord» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb

«Akkord» yeni istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb
# 18 noyabr 2013 07:44 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün «Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası» ASC Bakı Fond Birjasında təmin edilməmiş, faizli adlı sənədsiz istiqraz emissiyasının yerləşdirilməsinə başlayıb. Birjadan «APA-Economics»ə verilən məlumata görə, istiqraz emissiyasının həcmi 50 mln. manat, bir istiqrazın nominal dəyəri 1 min manatdır.

İstiqrazların tədavül müddəti 1 095 gün, gəlirliyi illik 11,75% təşkil edir. Faizlərin rübdə bir dəfə ödənilməsi nəzərdə tutulur.

Xatırladaq ki, noyabrın 7-də «Akkord»un 2010-cu ildə 3 il müddətinə buraxdığı ilk istiqraz emissiyasının tədavülü sona çatıb və emissiyanın şərtlərinə uyğun olaraq buraxılan istiqrazların dəyəri tam ödənilib. İlk emissiyanın həcmi də 50 mln. manat, illik gəlirliyi isə 12,5%-ə bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR