"Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçiriləcək

"Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi keçiriləcək
# 18 iyun 2014 16:04 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin 26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü ilə bağlı təşkil etdiyi "Milli Qəhrəmanlar" sənədli filmlər həftəsi ilə bağlı mətbuat konfransı keçirilib.

Nizami Kino Mərkəzindən APA-ya verilən məlumata görə, iyunun 19-dan 26-dək davam edəcək həftədə "Salnamə" və "Yaddaş" sənədli filmlər studiyalarında dövlət sifarişi ilə çəkilmiş 11 film göstəriləcək.

Kino həftəsi rayon Mədəniyyət və Turizm şöbələri və Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsi tərəfindən Bakı, Sumqayıt şəhərlərində və respublikanın regionlarında keçiriləcək.

Mətbuat konfransında Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları Almaz Sultanzadə, Zöhrə Əliyeva, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Kino Xidməti İdarəsinin rəisi Gültəkin Həsənova, sənədli filmlərin gənc müəllif və rejissorları Zamin Məmmədov, Kəmalə Musazadə və Yalçın Verdiyev filmlər haqqında jurnalistlərin suallarına cavab veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR