Tehranda Suriya böhranı ilə bağlı növbəti konfrans keçiriləcək

Tehranda Suriya böhranı ilə bağlı növbəti konfrans keçiriləcək
# 30 may 2014 14:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda Suriyadakı böhrandan çıxış yollarının axtarılması məqsədilə növbəti konfrans keçiriləcək.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran parlamenti sədrinin beynəlxalq məsələlər üzrə müşaviri Hüseyn Şeyxülislam açıqlama verib.

Onun sözlərinə görə, “Suriyanın dostları” sayılan ikinci toplantı iyunun 1-də Tehranda düzənlənəcək: “Suriya məsələsinin müzakirə ediləcəyi konfransda 25 ölkənin nümayəndəsi iştirak edəcək. Toplantı həmin ölkələrin parlamentlərinin xarici siyasət komissiyalarının rəhbərləri səviyyəsində həyata keçiriləcək”.

Qeyd edək ki, İran “Suriyanın dostları” konfransını bu formatda ilk dəfə 2013-cü ilin martında Tehranda keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR