Bakıda iki avtobus toqquşub, ölən var

Bakıda iki avtobus toqquşub, ölən var
# 10 sentyabr 2013 14:01 (UTC +04:00)

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Səbail rayonunda “Ford” markalı mikroavtobus “Daewoo” markalı avtobusla toqquşub. Nəticədə, hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “Ford” markalı mikroavtobusun sürücüsü aldığı ağır bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Xilasedicilər deformasiyaya uğramış mikroavtobusundan 1986-cı il təvəllüdlü Əhmədov Turan Qabil oğlunun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə çıxarıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR