Gəncədə piyadanı avtomobil vurub

Gəncədə piyadanı avtomobil vurub
# 13 mart 2014 07:48 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə şəhərin Atatürk prospektində qeydə alınıb. Şəhər sakini, 1993-cü il təvəllüdlü Kamran Məmmədov yolu keçmək istəyərkən, 1985-ci il təvəllüdlü Xəqani Hüseynovun idarə etdiyi “VAZ 2107” markalı avtomobil tərəfindən vurulub. Müxtəlif bədən xəsarətləri alan K. Məmmədov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR