İran xarici işlər naziri deputatların suallarını cavablandırmaqdan imtina edib

İran xarici işlər naziri deputatların suallarını cavablandırmaqdan imtina edib
# 24 fevral 2014 08:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran xarici işlər naziri ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasında deputatların müxtəlif suallarını cavablandırmaqdan imtina edib.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bunu İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü İbrahim Ağaməhəmmədi bildirib.

Onun sözlərinə görə, Məhəmməd Cavad Zərif fevralın 23-də ölkə parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasına çağırılsa da, İran xarici işlər müavini Həsən Qaşqavi onun deputatların görüşünə gəlməyəcəyini bildirib.

Qeyd edək ki, İran parlamentinin deputatları ölkə xarici işlər nazirinə 99 məsələ ilə bağlı sual ünvanlayıblar. Onlar M.C.Zərifdən əsasən Holokost, İranın digər ölkələrlə ortaq hövzələrdə hasil etdiyi neft, İran-Türkiyə sərhədində yerləşən Səlmas bazarının açılmamasının səbəbini və digər sualları soruşmaq istəyirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR