Elmar Məmmədyarov Əhməd Davudoğluna başsağlığı məktubu göndərib

Elmar Məmmədyarov Əhməd Davudoğluna başsağlığı məktubu göndərib
# 14 may 2014 13:20 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi ilə əlaqədar Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davudoğluna başsağlığı məktubu ünvanlayıb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, məktubda deyilir:

“Cənab nazir, əziz qardaşım. Manisa vilayətinin Soma rayonundakı kömür mədənində baş vermiş faciəvi qəzada çoxsaylı insan itkisi xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizə şərik çıxır, mərhumların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR