Polşa səfiri: Azərbaycanla əlaqələrimizi dərinləşdirməkdən məmnunuq

Polşa səfiri: Azərbaycanla əlaqələrimizi dərinləşdirməkdən məmnunuq
# 30 aprel 2024 19:33 (UTC +04:00)

Azərbaycanla əlaqələrimizi nəzərəçarpan səviyyədə dərinləşdirməkdən məmnunuq.

APA xəbər verir ki, bunu Polşanın Azərbaycandakı səfiri Rafal Poborski Polşanın Konstitusiya gününə həsr olunmuş tədbirdə deyib.

Qeyd olunub ki, 2022-ci illə müqayisədə 2023-cü ildə Polşanın Azərbaycana ümumi ixracı 36%, ərzaq məhsulları üzrə isə təxminən 50% artıb: “Keçən il Polşaya 2022-ci ilə nisbətən 30% çox azərbaycanlı səfər edib və biz bu müddət ərzində tələbə vizası müraciətlərində 32% artım müşahidə etmişik. Azərbaycanda biznes imkanları axtaran polyak sahibkarların marağının artdığını müşahidə edirik. Keçən həftə səfirliyimiz Azərbaycan bazarında biznes qurmaqda maraqlı olan 30-dan çox aqro-ərzaq şirkəti üçün onlayn seminar təşkil edib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR