Cavaxetiya sakinləri olan ermənilər yenə Tiflisdə Rusiya pasportu almaq üçün növbəyə durublar

Cavaxetiya sakinləri olan ermənilər yenə Tiflisdə Rusiya pasportu almaq üçün növbəyə durublar
# 02 aprel 2014 19:12 (UTC +04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Abxaziyanın səsi” agentliyi məlumat verib. Məlumata görə, pasport alanların çoxusu ermənilərdir: “Onlar KİV-lərlə əlaqədən qaçır, lakin şəxsi söhbətlərdə Rusiya pasportlarının və viza verilməsinin sadələşdirilməsi haqqında qohumlarından öyrəndiklərini və pasport almaq üçün Tiflisə gəldiklərini bildiriblər.”

Agentliyin məlumatına görə, Cavaxetiya sakinlərinə Rusiya pasportunun hansı meyarlarla verildiyi məlum deyil və pasport verilməsi ilə bağlı konsulluqdan məlumat almaq mümkün olmayıb. Bundan başqa konsulluğun mühafizəçiləri elan yapışdırılan lövhəni və konsulluğun divarlarını çəkməyə mane olub. Konsulluq pasport alan sakinlərə bir sıra xidmətlər, o cümlədən onlara nəqliyyatla xidmət təklif olunduğunu bildirib.

Xatırladaq ki, Cavaxetiya ermənilərinə qısa müddət ərzində Rusiya pasportlarının verilməsi haqqında məlumatı Gürcüstanın birinci prezidentinin oğlu Konstantin Qamsaxurdiya verib.

Onun sözlərinə görə, pasportların verilməsinin arxasında Cavaxetiyanın Rusiya tərəfindən işğalı gizlənə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR