“Rabitə” - “Beziers” görüşünün hakimlərinin adları açıqlanıb

“Rabitə” - “Beziers” görüşünün hakimlərinin adları açıqlanıb
# 09 dekabr 2013 10:01 (UTC +04:00)

Bakı – APA. Qadın voleybolçular arasında Çempionlar Liqasının qrup mərhələsinin V turunu idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Rabitə”nin Fransanın “Beziers” klubu ilə görüşü Milan Todorov (Bolqarıstan) və Dusan Riçlikə (Çexiya) tapşırılıb.


Moskva “Dinamo”sunun qonağı olacaq “İqtisadçı”nı isə oyuna Diit Köiv (Estoniya) çıxaracaq. Qarşılaşmada ikinci hakim funksiyasını Karin Zaharçova (Çexiya) yerinə yetirəcək.

“Azəryol” – “Qalatasaray” (Türkiyə) görüşündə isə ədaləti Alin Mateyzerlə (Rumıniya) Aleksandr Pyasetski (Belarus) qoruyacaqlar.

Qeyd edək ki, hər 3 qarşılaşma sabah olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR