Azərbaycanda stasionar telefon şəbəkəsində nömrələrin daşınmasına başlanılıb

Azərbaycanda stasionar telefon şəbəkəsində nömrələrin daşınmasına başlanılıb
# 29 noyabr 2013 09:01 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi stasionar şəbəkədə nömrələrin daşınması xidmətini onlayn rejimdə bir gün ərzində həyata keçirir.

Bu xidmət artıq Bakı şəhərinin stasionar rabitə şəbəkəsində təqdim edilir və istənilən abunəçi yaşadığı yerdən köçdüyü zaman öz telefon nömrəsini yeni ünvana köçürə bilər.

«Bu xidmət Məlumat Hesablama Mərkəzinin saytında elektron xidmət kimi də təqdim edilir və istənilən abunəçi onlayn rejimdə öz nömrəsini bir ünvandan digər ünvana keçirmək üçün internet üzərindən müraciət etsə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi bu işi bir gün ərzində həll edə bilər. Yeni xidmətin daha bir üstünlüyü onun 10 dəfə ucuzlaşmasıdır», - deyə məlumatda bildirilir.

Belə ki, əvvəllər abunəçi yeni ünvana keçdikdə telefon nömrəsini yaşadığı yerin xidmət göstərildiyi stansiyaya təhvil verib, yeni ünvandakı stansiyadan yeni nömrənin ayrılması üçün 30 manat ödəyərək müraciət edirdisə, hazırda telefon nömrəsi bir ATS-in ərazisindən digər ATS-in ərazisinə daşındığı halda abunəçi buna görə cəmi 3 manat ödəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR