“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Maliyyə Nazirliyinə müraciət edib

“Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Maliyyə Nazirliyinə müraciət edib
# 10 aprel 2014 08:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. “Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" İctimai Birliyi Maliyyə Nazirliyinə müraciət edib. Bu barədə APA-ya birlikdən bildirilib. Məlumata görə, müraciətin məqsədi məhkumların ictimai faydalı əməklə məşğul olmaq hüququnun təminatı, penitensiar sahəyə sərf edilən dövlət vəsaitinə qənaət edilməsi istiqamətində dövlət proqramının hazırlanması, qanunvericilik bazasının təkmilləşdirilməsi üçün bütün maraqlı tərəflərinin təmsil olunacağı birgə işçi qrupun yaradılmasıdır.

Qeyd olunub ki, cəzaçəkmə müəssisələrində iş yerlərinin olmaması səbəbindən məhkumların əmək hüquqları pozulur, məhkumların islah prosesinə ciddi zərbə vurulur və bu da bir çox hallarda belə şəxslərin azadlığa çıxdıqdan sonra təkrar cinayət törətməsi ilə nəticələnir: “Bir çox məhkumlar məhkəmə qərarları üzrə borclarını ödəyə bilmir və nəhayətdə qanunvericiliyin onlara verdiyi digər hüquqlardan, o cümlədən vaxtından əvvəl şərti azad etmə institutundan faydalana bilmirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR