3 saylı “ASAN xidmət” mərkəzi Bakının üç rayonunun 460 mindən çox əhalisinə xidmət göstərəcək - FOTO - APA TV

3 saylı “ASAN xidmət” mərkəzi Bakının üç rayonunun 460 mindən çox əhalisinə xidmət göstərəcək - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 18 sentyabr 2013 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Dünən Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin açılışı olub. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib.

APA-nın xəbərinə görə, agentliyin sədri İnam Kərimov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, Bakının Yasamal, Səbail və Qaradağ rayonlarının 460 mindən çox əhalisinə xidmət göstərəcək 3 saylı Bakı “ASAN xidmət” mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək.

O bildirib ki, mərkəzdə ilk dəfə olaraq elektron şikayət köşkü və elektron rəy sorğusu xidmətləri göstəriləcək: “Elektron şikayət köşkündə “Skype” vasitəsilə vətəndaşların online qəbulu keçirilərək onların şikayətlərinə operativ şəkildə baxılacaq. Elektron rəy sorğusu vasitəsilə isə gündəlik vətəndaş məmnunluğunun səviyyəsi müəyyən ediləcək. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilib. Burada vətəndaşların bütün növ elektron xidmətlərdən yararlanmaları üçün şərait yaradılıb. Mərkəzdə əlillər üçün də hər cür imkan var. Gözdən əlillərin sərbəst hərəkəti üçün döşəməyə xüsusi örtüklər vurulub, lövhələr onların oxuya bildiyi müvafiq hərflərlə hazırlanıb”.

İ.Kərimov qeyd edib ki, “ASAN xidmət” mərkəzində vətəndaşların gözləyərkən vaxtlarını səmərəli keçirməsi üçün funksional-yardımçı xidmətlər - bank, sığorta, hüquqi yardım və tərcümə mərkəzləri, laboratoriya, tibbi xidmət, internet-kafe, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Mərkəzdə yerləşdirilən xüsusi terminallar vasitəsilə mobil rabitə, internet, işıq, su, qaz və digər kommunal xidmətlərin haqqının, kredit və sığorta ödənişlərinin həyata keçirilməsi mümkün olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR