Hərbi Komissarlıqdan ehtiyata buraxılmış zabit və gizirlərin əmək pensiyalarının hesablanma qaydası açıqlanıb

Hərbi Komissarlıqdan ehtiyata buraxılmış zabit və gizirlərin əmək pensiyalarının hesablanma qaydası açıqlanıb
# 16 sentyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Keçmiş Azərbaycan Respublikası Hərbi Komissarlığından Silahlı Qüvvələrin ehtiyatına buraxılmış zabit və gizirlərin əmək pensiyaları Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) yeni ştat vahidinin müvafiq vəzifə maaşlarına uyğun hesablanacaq. Bu barədə APA-ya SHÇDX-dən məlumat verilib.

SHÇDX tərəfindən bununla bağlı qanunvericiliyə uyğun olaraq həll edilməsi üçün aidiyyəti orqanlara müraciət olunub.

Qeyd edək ki, SHÇDX yarandıqdan sonra Silahlı Qüvvələrdə məvaciblərin artımına baxmayaraq, Azərbaycan Respublikası Hərbi Komissarlığından ehtiyata buraxılmış zabit və gizirlərin əmək pensiyalarında artım baş verməyib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR