Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar

Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar
# 04 fevral 2014 08:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan-Avropa Məktəbinin şagirdləri Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində olublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktəblilər burada yaradılmış şərait, şəxsi heyətin xidməti və ərazi ilə tanış olub, komandanlıqla görüşüblər. Onlara Mərkəzin tarixi haqqında məlumat verilib.

Sonra şagirdlər atıcı silahların sökülüb-yığılması, lazer trenajorlarında hazırlıq və tankəleyhinə idarəetmə qurğuları ilə praktiki çalışmaları yerinə yetirib.

Atəş şəhərciyində mərkəzin təlimatçıları tərəfindən zirehli texnikanın məşq qurğularında çalışmaların yerinə yetirilməsi şagirdlərə nümayiş etdirilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR