Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondu yaradılır

Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondu yaradılır
# 27 iyun 2014 10:16 (UTC +04:00)

Layihəyə edilən dəyişikliyə əsasən, bələdiyyə mülkiyyətində olan balıqcılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətində olmalıdır. Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyə məxsusdur. Dəyişikliyə əsasən, Azərbaycanda balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıq ovlama bileti əsasında həyata keçiriləcək. Qanun layihəsində həmçinin Azərbaycanda Su Bioresurslarının Artırılması, Bərpası və Mühafizəsi Fondunun yaradılması nəzərdə tutulur. Fondun yaradılmasında məqsəd balıq və digər su bioresurslarının artırılmasını, bərpasını, mühafizəsini, balıqçılığın elmi təminatını və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etməkdir. Layihəyə görə, fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılacaq və fəaliyyəti həmin orqan tərəfindən təsdiqlənən əsasnamə ilə tənzimlənəcək. Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni artırılması, bərpası, mühafizəsi və balıqçılıq təsərrüfatı meliorasiya işləri fondun vəaitləri və dövlət vəsaiti hesabına maliyyələşdiriləcək. Digər dətişikliyə əsasən, Azərbaycan Respublikasının qanunvericliiyi ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən güzəştlər akvakultura (balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması, bərpası və rekreasiya üzrə fəaliyyət) ilə məşğul olan fiziki və hüquqi şəxslərə də şamil ediləcək. Layihə səsə qoyularaq qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR