Cəlilabad rayon sakini öz evini yandırıb

Cəlilabad rayon sakini öz evini yandırıb
# 24 oktyabr 2013 11:26 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Cəlilabad rayon sakini öz evini yandırıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cəlilabad rayonu ərazisində Maşlıq kənd sakini Xaləddin Rəhimova məxsus evdə yanğın baş verib.

Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

Araşdırmalar zamanı evin ailə münaqişəsi zəminində X.Rəhimov tərəfindən yandırılması müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR