AGBI və AMFBI indeksləri 0,01% yüksəlib, ACBDI indeksi isə dəyişməyib

AGBI və AMFBI indeksləri 0,01% yüksəlib, ACBDI indeksi isə dəyişməyib
# 13 sentyabr 2013 06:37 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) 0,01% artaraq sentyabr ayının 13-nə 95,06 təşkil edib.


«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi dəyişməyib və 99,94 təşkil edib.


Azərbaycan İpoteka Fondu tərəfindən buraxılan istiqrazlar üzrə AMFBI (Azerbaijan Mortgage Fund Bonds Index) indeksi 0,01% yüksəlib və 107,59-a bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR