Türkiyənin “Altay” tankları Azərbaycanda silahlanmaya qəbul oluna bilər - FOTO

Türkiyənin “Altay” tankları Azərbaycanda silahlanmaya qəbul oluna bilər - <span style="color: red;">FOTO
# 14 may 2013 14:11 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Türkiyə müdafiə sənayesinin istehsalı olan bəzi yeni zirehli döyüş maşınları və “Altay” əsas müharibə tankı ilə yaxından maraqlanır. APA-nın ötən həftə Türkiyənin İstanbul şəhərində keçirilmiş İDEF-2013 beynəlxalq müdafiə sərgisində əldə etdiyi məlumata görə, keçirilən görüşlərdə gələcəkdə Türkiyə istehsalı olan zirehli transportyorların Azərbaycanda silahlanmaya qəbulu məsələsi müzakirə olunub.

Azərbaycan heyətinin daha çox marağına səbəb olan texnika “Altay” əsas müharibə tankıdır. Artıq tankın iki prototipi hazırdır. Prototiplərdən biri hərəkət testləri çərçivəsində 3 min kilometrdən artıq məsafə qət edib. Atış testlərini həyata keçirmək üçün hazırlanmış digər prototip isə Sarıqamış bölgəsində qış şəraitində sınaqdan çıxarılıb.

İDEF sərgisində “Otokar” şirkətinin stendində tankın atış testlərindən keçən prototipi sərgilənib. Tankla maraqlanan Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinə onun göstəriciləri barədə məlumatlar verilib. Tankın gələcəkdə Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer alması üçün heç bir problemin olmadığı bildirilib.

Azərbaycan heyəti həmçinin “Otokar” şirkəti tərəfindən istehsal edilmiş 8x8 təkər formuluna malik «Arma» və piyadaların döyüş maşını olan «Tulpar» ilə yaxından maraqlanıb. Şirkət yetkililərinin sözlərinə görə, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev maşınlarla bağlı öz tövsiyələrini verib.

Azərbaycan heyəti eyni zamanda “Nurol” şirkətinin istehsalı olan 6x6 təkər formulu «Əjdər», FNSS firmasının istehsalı olan «Kaplan» adlı döyüş maşını, zirehli istehkam vasitəsi, «Katmercilər» şirkətinin ilk dəfə sərgidə nümayiş etdirdiyi «Kanqal» adlı minaya qarşı qorumalı nəqliyyat vasitələrinə də maraq ifadə edib. Bu hərbi nəqliyyat vasitələrinin bəzilərinin yaxın vaxtlarda Azərbaycana gətirilərək testlərdən keçirilməsi barədə razılıq əldə olunub.

Sərgidə həmçinin qeyd edilib ki, ROKETSAN şirkəti ilə imzalanmış müqavilə çərçivəsində sifariş verilən topçu-raket sistemlərinin yaxın vaxtlarda Azərbaycana çatdırılmasına başlanacaq.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR