Tovuzda naməlum avtomobil piyadanı vuraraq öldürüb

Tovuzda naməlum avtomobil piyadanı vuraraq öldürüb
# 22 oktyabr 2013 07:15 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat qəzası baş verib. Tovuz rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə Bakı-Qazax magistralının Tovuz rayonunun Qovlar qəsəbəsindən keçən ərazisində qeydə alınıb. Qazax rayon sakini, 1965-ci il təvəllüdlü Əziz Rüstəmov yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralını xilas etmək mümkün olmayıb. Hazırda qəzanı törədən avtomobilin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR