İranla AEBA arasında növbəti nüvə danışıqları noyabrın 11-də keçiriləcək

İranla AEBA arasında növbəti nüvə danışıqları noyabrın 11-də keçiriləcək
# 29 oktyabr 2013 17:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında XIII dövr nüvə danışıqlarının tarixi məlum olub.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, bununla bağlı tərəflərin oktyabrın 29-da ikigünlük müzakirələrin yekunlarına həsr olunmuş birgə yaydıqları bəyanatda bildirilir.

Sənəddə qeyd olunub ki, İranla AEBA nümayəndə heyətləri növbəti nüvə danışıqlarının noyabrın 11-də keçirilməsi ilə bağlı razılığa gəliblər.

Ancaq bəyanatda müzakirələrin harada keçiriləcəyi ilə bağlı məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR