Avropa Azərbaycan Məktəbi beynəlxalq təşkilata üzv seçilib

Avropa Azərbaycan Məktəbi beynəlxalq təşkilata üzv seçilib
# 29 avqust 2013 12:33 (UTC +04:00)

AAC-dan APA-ya verilən məlumata görə, 23 avqust 2013-cü il tarixdə təşkilata üzvlüyü təsdiq edən rəsmi sertifikatı məktəbə təqdim olunub.

Qeyd edilən quruma üzv qəbul edilməklə, Avropa Azərbaycan Məktəbi beynəlxalq təhsil sahəsində ideyaların və ən yaxşı təcrübələrin bölüşməsi üzrə dünyanın aparıcı təhsil şəbəkəsinə qoşulub.

Bu üzvlük Məktəbin təhsil standartlarının daha da inkişafı, Azərbaycanda beynəlxalq səviyyədə tanınmış təhsil proqramları və xidmətlərin yaradılmasına mühüm töhfə verəcək.

Beynəlxalq Məktəblərin Avropa Şurası təhsil sahəsində dünyanın aparıcı qurumlarından biridir. Təşkilatın məqsədi beynəlxalq təhsil sahəsində ən qabaqcıl təcrübə və ideyaları yaymaq və dəstəkləmək üçün qlobal şəbəkə kimi fəaliyyət göstərməkdir. Dünyanın ən qabaqcıl məktəbləri bu şəbəkənin üzvüdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR