WTI markalı neft ucuzlaşıb

WTI markalı neft ucuzlaşıb
# 21 noyabr 2013 06:10 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 20-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,01 dollar və ya 0,01% azalaraq 1 barelə görə 93,33 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 20-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,14 dollar və ya 1,1% artaraq 108,06 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR