Azərbaycan yığması İsrail ilə səfər oyununda heç-heçə edib

Azərbaycan yığması İsrail ilə səfər oyununda heç-heçə edib
# 07 sentyabr 2013 21:54 (UTC +04:00)

Bakı-APA.Azərbaycan millisi DÇ-2014-ün seçmə mərhələsində növbəti oyununu keçirib. APA-nın Apasport.az saytına istinadən verdiyi məlumata görə, Berti Foqtsun rəhbərlik etdiyi komanda İsrail yığmasının qonağı olub.


Bu qarşılaşma Avropa zonasının F qrupunda mübarizə aparan millimizin qrupda 8-ci matçı idi. 7 oyunda qələbə qazana bilməyən komandamız həsrətə səfərdə son qoya bilərdi. Lakin Rahid Əmirquliyevin uzaq məsafədən vurduğu qoldan sonra hesabı açan millimiz yenə hesabdakı üstünlüyünü sonadək qoruya bilməyib.

Bununla da millimiz 4-cü heç-heçəsini edərək xalını 4-ə yüksəldib.


F qrupu


İsrail- AZƏRBAYCAN 1:1
İtay Şexter, 73 - Rahid Əmirquliyev, 61

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR