Misirdə Cümə olaylarında 173 nəfər ölüb

Misirdə Cümə olaylarında 173 nəfər ölüb
# 17 avqust 2013 14:12 (UTC +04:00)

Bakı – APA. Misirdə Cümə günü baş verən toqquşmalarda ölənlərin sayı 173-ə yüksəlib. APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, bu rəqəmi Misir Səhiyyə Nazirliyi açıqlayıb.

Nazirlikdən bildiriblər ki, ən ciddi gərginliyin yaşandığı Qahirənin mərkəzində 95 nəfər ölüb. Ölkə üzrə yaralıların sayı 1330 nəfər olub.

Xatırladaq ki, “Müsəlman qardaşlar” hərəkatı Cümə gününü ölkədə “Qəzəb günü” elan edərək insanları etiraz aksiyalarına çağırmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR