Mahmud Əhmədinejadın məhkəməsi təxirə salınıb

Mahmud Əhmədinejadın məhkəməsi təxirə salınıb
# 26 noyabr 2013 10:06 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın eks-prezidenti Mahmud Əhmədinejadın məhkəmə prosesi təxirə salınıb.

APA-nın İSNA-ya istinadən məlumatına görə, bu barədə Tehran vilayətinin Cəza Məhkəməsinin 76-cı şöbəsinin hakimi Möhsün İftixari açıqlama verib.

Onun sözlərinə görə, buna səbəb M.Əhmədinejadın məhkəməyə gəlməməsidir: “Ona görə də məhkəmə prosesi başqa bir vaxta təxirə salınıb”. İranın eks-prezidentinin işinə baxan hakim Siyamək Müdirxorasani isə deyib ki, iş ibtidai istintaq mərhələsində olduğundan, təqsirləndirilən şəxsin məhkəmədə iştirakı zəruridir.

Qeyd edək ki, M.Əhmədinejaddan İran parlamentinin 90-cı komissiyasının və bir iddiaçının şikayəti əsasında noyabrın 26-da, yerli vaxtla səhər saat 10:00-da Tehran Cəza Məhkəməsinin 76-cı şöbəsində olması istənilib. İranın eks-prezidenti də məhkəmədə şəxsən iştirak edəcəyini və barəsində çıxarılacaq istənilən qərara hörmət göstərəcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR