Azərbaycanın bir neçə ölkədə hərbi attaşe aparatları yaradılacaq

Azərbaycanın bir neçə ölkədə hərbi attaşe aparatları yaradılacaq
# 15 noyabr 2013 11:55 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın bir neçə xarici ölkədəki diplomatik korpuslarında hərbi attaşe aparatlarının yaradılması planlaşdırılır.

Bu barədə APA-ya hərbi mənbələrdən məlumat verilib.

Yeni hərbi attaşe aparatlarının Bolqarıstan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, CAR və Polşada açılması nəzərdə tutulur.

Bununla yanaşı, Balkan və Cənub-Şərqi Asiya regionundakı dövlətlərin birində də hərbi attaşe aparatının təsis edilməsi nəzərdən keçirilir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR