Nikolay Azarov: Avropa Birliyinin standartlarına keçmək üçün Ukraynaya 160 mlrd. dollar lazımdır

Nikolay Azarov: Avropa Birliyinin standartlarına keçmək üçün Ukraynaya 160 mlrd. dollar lazımdır
# 10 noyabr 2013 00:23 (UTC +04:00)

Bakı-APA. Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin imzalanacağı təqdirdə Ukraynaya Avropa standartlarına keçmək üçün 160 mlrd. dollar məbləğində vəsait lazım olacaq. APA-nın «RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukraynanın baş naziri Nikolay Azarov açıqlamasında bildirib.

O qeyd edib ki, Avropa Birliyi ilə azad ticarət zonasının yaradılması, ilk öncə, Ukrayna iqtisadiyyatı və sənayesinin Avropa bazarındakı texniki şərtlərə və standartlara uyğunlaşdırılmasını nəzərdə tutur.

“Bizim malların Avropa bazarında rəqabətli olmasını təmin etmək üçün biz 10-15 il ərzində iqtisadiyyat və istehsalatımızı dəyişməliyik. Bunun baş verməyəcəyi təqdirdə qeyd olunan azad ticarət zonası bizim üçün böyük itkilərlə nəticələnəcək, çünki ölkəyə çoxlu yüksək rəqabətli Avropa malları gətiriləcək”, deyə Azarov qeyd edib.

Azarovun sözlərinə görə, Ukrayna müəssisələrinin yaranacaq şəraitə tab gətirə biləcəyi sual altındadır.

“Əgər bizim 160 mlrd. dollar məbləğində vəsait əldə edə bilsək və tez bir zamanda iqtisadiyyatımızı yenidən qura bilsək, deməli azad ticarət zonası bizim üçün faydalı olacaq. Biz rəqabət məsələsində yüksələcəyik və qüdrətli dövlətə çevriləcəyik”, deyə Azarob qeyd dib.

Avropa Birliyi ilə assosiasiya haqqında müqavilənin imzalanması noyabrın 28-29-na planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR