Suriya XİN: ABŞ, Böyük Britaniya və Fransa terrorçulara kimyəvi silah tətbiqində yardım edib

Suriya XİN: ABŞ, Böyük Britaniya və Fransa terrorçulara kimyəvi silah tətbiqində yardım edib
# 28 avqust 2013 16:17 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə Suriya xarici işlər nazirinin müavini Feysəl Mikdad jurnalistlərə açıqlamasında bildirib.

“Biz bir daha təkrar edirik ki, kimyəvi silahdan terrorçular ABŞ, Böyük Britaniya və Fransanın dəstəyi ilə istifadə ediblər. Bu o deməkdir ki, həmin terrorçular kimyəvi silahdan tezliklə Avropada da insanlara qarşı istifadə edəcəklər”, - deyə F. Mikdad vurğulayıb.

Suriyada vəziyyət avqustun 21-də hökumət qüvvələri tərəfindən üsyançılara qarşı həyata keçirilən əməliyyat zamanı kimyəvi silahdan istifadə edildiyinə dair məlumatlar yayılandan sonra böhran fazasına keçib.

Müxaliflər kimyəvi silahın tətbiqi nəticəsində 1.3 çin nəfərin öldüyünü, minlərlə insanın isə xəsarət aldığını açıqlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR