“Azərişıq” ASC-nin sədri Mingəçevirdə Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərləri ilə görüşür

“Azərişıq” ASC-nin sədri Mingəçevirdə Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərləri ilə görüşür
# 26 may 2015 09:52 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azərişıq” ASC-nin sədri Baba Rzayev Mingəçevir şəhərində Mərkəzi Aran regionunun icra strukturlarının və rayon elektrik təchizatı idarələrinin rəhbərlərinin iştirakı ilə görüş keçirir.

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, görüş iştirakçıları əvvəlcə Mingəcevir şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad etdilər, abidəsi önünə əklil və gül dəstələri qoydular.

Görüşdə son aylar enerji sisteminin təchizatı ilə bağlı Mingəçevir şəhəri və Mərkəzi Aran rayonlarında görülən irimiqyaslı işlər müzakirə edilir.

Görüşün yekununda “Azərişıq” ASC-nin Mətbuat Xidməti tərəfindən ətraflı məlumat veriləcək.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Bakıelektrikşəbəkə” ASC-nin adı dəyişdirilərək “Azərişıq” ASC yaradılıb.

“Azərişıq” ASC Azərbaycan ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirir, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR