ARDNŞ Novorossiysk limanından neft ixracını 48% azaldıb

ARDNŞ Novorossiysk limanından neft ixracını 48% azaldıb
# 02 oktyabr 2014 08:38 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu ilin sentyabr ayında Novorossiysk (Qara dəniz, Rusiya) limanından 84 796 ton xam neft ixrac edib.

ARDNŞ-dən “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,9% azdır.

Ümumilikdə, bu ilin yanvar-sentyabr ayları ərzində ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 62 582 ton xam neft ixrac edilib. Bu, ötən ilin 9 ayı ilə müqayisədə 42,5% azdır.

Qeyd edək ki, ARDNŞ tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR