Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib - VİDEO

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib - <span style="color: red;">VİDEO
# 18 sentyabr 2014 11:39 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycan Milli Məclisinin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında 5 məsələ müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, komitə sədri Eldar İbrahimov məlumat verərək bildirib ki, bunlar “Ovçuluq haqqında”, “Taxıl haqqında”, “Yeyinti məhsulları haqqında”, “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlara edilən dəyişikliklərdir.

E.İbrahimov qeyd edib ki, “Ovçuluq haqqında” qanunda dəyişikliklər fərdi ovçuluq təsərrüfatlarının genişləndirilməsinə xidmət edəcək. Sənədə görə, hüquqi və fiziki şəxslər mülkiyyətlərində və ya icarələrində olan torpaqlarda fərdi ovçuluq təsərrüfatlarını təşkil edə bilərlər. Bu təsərrüfat sahələrində təşkil edilən ov zamanı ovçular həmin təsərrüfatın sərhədlərini tərk etməməlidir.

“Taxıl haqqında” qanuna edilən əlavə və dəyişikliyə görə, Dövlət Taxıl Fondu əsasən taxıl birjası vasitəsilə yerli istehsal, taxıl məhsullarına tələbat yerli istehsal hesabına ödənilmədikdə isə idxal hesabına formalaşır. Taxıl məhsullarının keyfiyyətinə dövlət nəzarəti funksiyalarını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Yeyinti məhsulları haqqında “ qanunda dəyişikliklərdə isə deyilir ki, yeyinti məhsullarına verilən uyğunluq sertifikatı həmin məhsulun son yararlılıq müddətinədək verilir.

Sertifikatın (şəhadətnamənin) alınmasına görə dövlət rüsumu yalnız bank, poçt, plastik kart, elektron ödəmə sistemləri və ya internet vasitəsilə ödənilməlidir.

İclasda müzakirə olunan “Baytarlıq haqqında” və “Fitosanitar nəzarəti haqqında” qanunlarda isə texniki xarakterli düzəlişlər edilib.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR