CHP lideri Kamal Kılıçdaroğlu Ərdoğanın qaldırdığı iddia əsasında cərimələnib - VİDEO

CHP lideri Kamal Kılıçdaroğlu Ərdoğanın qaldırdığı iddia əsasında cərimələnib - <span style="color: red;">VİDEO
# 09 aprel 2015 19:41 (UTC +04:00)

APA-nın “Hurriyet” qəzetinə istinadən verdiyi xəbərə görə, ölkə prezidentini məhkəmə iclasında təmsil edən vəkil Müəmmər Camaloğlu çıxışında iddia edib ki, Kamal Kılıçdaroğlu 2013-cü ilin yanvarın 14-də CHP fraksiyasının iclasında çıxışı zamanı o zaman baş nazir və hakim Ədalət və İnkişaf Partiyasının rəhbəri olmuş Rəcəb Tayyib Ərdoğanı təhqir edib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğanın vəkilləri Kamal Kılıçdaroğlu barəsində iddia qaldıraraq Rəcəb Tayyib Ərdoğana dəymiş mənəvi zərərə görə 100 min lirə məbləğində kompensasiya ödənilməsini tələb ediblər.

CHP liderinin maraqlarını təmsil edən vəkil Camal Çelik isə K.Kılıçdaroğlunun çıxışının faktlara əsaslandığını və ictimaiyyətin maraqlarına cavab verdiyini bildirib.

Məhkəmə Rəcəb Tayyib Ərdoğanın iddiasını qismən təmin edilməsinə dair qərar verərək Kamal Kılıçdaroğlunu 10 min lirə məbləğində cərimələyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR