Bank Of Baku

Beş gün əvvəl Xırdalanda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib

Beş gün əvvəl Xırdalanda baş verən qəzada ölən qadının şəxsiyyəti müəyyənləşib
# 19 iyun 2019 18:52 (UTC +04:00)

Beş gün əvvəl Xırdalanda baş verən yol qəzasında dünyasını dəyişən qadının yaxınları tapılıb.

APA-nın məlumatına görə, ölən qadının yaxınları Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə müraciət ediblər. Ölən şəxsin Bakı şəhəri, Qaradağ rayonu, Müşfiq qəsəbəsi sakini, 2003-cü il təvəllüdlü Vəliyeva Nuray Ruhlan qızı olduğu məlum olub. 

Mərhumun meyiti yaxınlarına təhvil verilib.

Qeyd edək ki, yol qəzasında ölən N.Vəliyevanın meyiti iyunun 14-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Hadisədən bir neçə gün keçməsinə baxmayaraq onun yaxınları tapılmamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR