Azərbaycan sənayesinin əksər sahələrində qiymətlər azalıb

Azərbaycan sənayesinin əksər sahələrində qiymətlər azalıb
# 05 dekabr 2014 09:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 8,3%, o cümlədən mədənçıxarma sənayesi üzrə istehsalçı qiymətləri 9,1%, emal sənayesi üzrə istehsalçı qiymətləri isə 2,8% ucuzlaşıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin noyabr ayında mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətlərində xam neft və təbii qaz hasilatı üzrə 9,1%, metal filizlərinin hasilatı üzrə 0,9%, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə istehsalçı qiymətlərində isə 4,6% ucuzlaşma müşahidə olunub.

Noyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kompüter, elektron və optik məhsulların istehsalı üzrə 9,9%, metallurgiya sənayesi üzrə 4,5%, neft məhsullarının istehsalı üzrə 4,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 2,4%, toxuculuq sənayesi üzrə 2,1%, qida məhsullarının istehsalı üzrə 0,7%, tikinti məlumatlarının istehsalı üzrə 0,5%, kimya sənayesi və rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 0,4%, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,3%, içki istehsalı və geyim istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1% ucuzlaşıb.

Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələri üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR