Bank Of Baku

Almaniya səfiri İran XİN-ə çağırılıb

Almaniya səfiri İran XİN-ə çağırılıb
# 17 sentyabr 2026 21:43 (UTC +04:00)

İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfiri Aksel Vilhelm Ditmanı alman rəsmilərinin “qəbuledilməz bəyanatları” və diplomatik nümayəndəliyin İranın daxili işlərinə müdaxiləsi ilə əlaqədar XİN-ə çağırıb.

APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi etirazı səfirə İran XİN rəhbərinin köməkçisi və Qərbi Avropa departamentinin direktoru Əlirza Yusifi təqdim edib.

Görüş zamanı İran tərəfi Almaniya kansleri Fridrix Mertsin Tehranla bağlı səsləndirdiyi fikirləri əsassız adlandıraraq rədd edib və Berlinin regional proseslərə yanaşmasına etirazını bildirib.

İran XİN nümayəndəsi Almaniya rəhbərliyinin hazırkı siyasi kursuna yenidən baxılmasının zəruriliyini vurğulayıb.

Yusifi, həmçinin Almaniyanın İsrailə silah və siyasi dəstəyini tənqid edib. Almaniya səfiri İran tərəfinin etirazını ölkəsinin hökumətinə çatdıracağını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR