İvanişvili: “Gürcüstanın yeni hərbi doktrinasına əsasən, Rusiya düşmən dövlət hesab olunmur”

İvanişvili: “Gürcüstanın yeni hərbi doktrinasına əsasən, Rusiya düşmən dövlət hesab olunmur”
# 27 aprel 2013 09:29 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Gürcüstanın baş naziri Bidzina İvanişvili bildirib. O, qeyd edib ki, Gürcüstan Milli Təhlükəsizlik Şurası tərəfindən hazırlanmış əvvəlki sənədə əsasən Rusiya düşman həsab olunurdu.

Baş nazirin sözlərinə görə , xarici əlaqələr üzrə parlament komitəsinin qəbul etdiyi yeni sənədə əsasən, iki ölkə arasında aparılan dialoqun tonu yumşalmalıdır.

İvanişvili hesab edir ki Rusiya-Gürcüstan münasibətlərini bərpa etmək üçün artıq yaxşı bir binövrə qoyulub: “Demokratik təsisatların yaradılması vasitəsilə biz ölkənin ərazi bütövlüyünü bərpa edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR